All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

sevgi varsa,arada,

Ayaz Arabaçı

sevgi varsa,arada, qeylü-qal olmalıdır. bu dərdə tutulanlar, əhli-hal olmalıdır. gərək yanılmayasan sözə bəzək vuranda, hər kəlmənin yanağı bir az al olmalıdır.. qırılma xal salanda ürəyinə şübhələr, ürək lalə kimidir, onda xal olmalıdır. məhəbbətin sualı gedir hər ixtisasa, hara qaçsan önündə bu sual olmalıdır. hamı elə bir gözəl axtarır ki,özünə, bu ya göydən enməli, ya xəyal olmalıdır məni könlün istəsə zəng eləyib gələrsən bu iş nə vaxta kimi virtual olmalıdır. mən səni görən kimi adını təxmin etdim, belə şirin gözəlin adı bal olmalıdır..

Published online