Poem · Azərbaycan
Sənin köhnə pəncərən-
Sənin köhnə pəncərən- Çiçəkləmiş gilənar.. Sənin köhnə pəncərən- Pıçıltılı gilavar.. Sənin köhnə pəncərən, Könlümün toy-düyünü. Hələ unutmamışam, O toyun səs-küyünü. Sənin köhnə pəncərən, Papirosa vərdişim. Sənin köhnə pəncərən Mənim yeganə işim. Sənin köhnə pəncərən, İki konfet, iki çay.. Sənin köhnə pəncərən, Buludlarda üzən ay.. Yelkən açıb ürəyim, Gözlərinin yaşına. Gəlim bir gün dolanım, Evinizin başına.. Sənin köhnə pəncərən, Ulduzlara yolumdur.. Ağrıyan sağ ayağım, Tutulan sol qolumdur.. Sənin köhnə pəncərən, Ölümsüz və əbədi.. Aç bir az havalandır, O müqəddəs məbədi...
Published online
Source: https://ayazarabaci.com/writing/senin-kohne-penceren/