All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Səndən bir məktub gəlib,əllərimdə uçunur.

Ayaz Arabaçı

Səndən bir məktub gəlib,əllərimdə uçunur. Sözlər yandırmış olar, qələminin ucunu... Bunu necə yazmısan adam söz tapa bilmir. Bu əl boyda kağızdan, ürəyim qopa bilmir. Çırpınır hər sətirin tora düşmüş qu kimi.. Gözlərimə təpirəm hava kimi su kimi.. Məktubuna gözündən bir də, bir vergül düşüb, Elə dağılıbdı ki, elə bil ki, gül düşüb. Bu qədər gözəl olmur ən gözəl ətir belə. Görünür göz yaşına, tutduğun çətir belə. Adımı tutub gəlib!Səndən bir məktub gəlib. Əllərimdə çırpınır,kəpənək qanadları. Sığallayıb öpürəm bu ipək qanadları. Səndən bir məktub gəlib, Quş kimi uçub gəlib. Sənin bir məktubuna on cavab yazmaq olar, Nəinki ey, on cavab, bir kitab yazmaq olar. Amma bu mümkün deyil,çünki bu gün dün deyil. Mən bu yolu bir dəfə Gedib başa çıxmışam, Dəryaya dönənəcən gözlərimi sıxmışam. Mən sənə nə vəd verib, Nə cavab yazım axı. Ağır olar çox ağır,bu sevdanın günahı, Çünki evli biriyəm, uşaqlarım, ailəm. Mən bu taleyə məhkum, mən bu ömrə qailəm.

Published online