Poem · Azərbaycan
Sən mənim qəlbimdə çoxdan ölmüsən,
Sən mənim qəlbimdə çoxdan ölmüsən, İsrar eləmə ki,hələ də sağsan. Gəlib dikilsən də yoluma hətta, Uzaq ulduzdan da daha uzaqsan.
Ən gözəl küçədən,ən gözəl evdən, Getdinsə,qayıtma,gözümün ovu. Əllərin təzədən günəş də olsa, Əritməz saçıma düşən qırovu.
Səninki adicə bir ehtimaldır, Mənimsə dərindən şumlanıb içim. Daha çətin dinər,çətin danışar, Bu dəfə biryolluq mumlanıb içim.
Həyatın ümddən,ümidsizliyi, Bir də ki, istidən soyuğu çoxdur. Bizim aramızda o bağ yoxusa, Başqa deyiləsi bir şey də yoxdur.
Kövrəlib təzədən çox da şişirtmə, Beş-üç xatirə var bu əhvalatda. Səni bu havada kim çıxardacaq... Qalma xəyalların uçqunu atda..
Published online
Source: https://ayazarabaci.com/writing/sen-menim-qelbimde-coxdan-olmusen/