All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Səhərin alatoranında

Ayaz Arabaçı

Səhərin alatoranındaMinbir hikkə canındabir fetoçu qarğa dimdikləyirdiaxşamdan qalma yarımçıq zavod çörəyini.Bir bomjsa qızılgül kolunun dalındaboşaldırdı böyrəyini..Qarğanın hikkəsi brifinqdən qalmışdı, çörək isə mitinqdən.Kollara ilişmiş bir kirli vərəq yellənirdiəprimiş bir ideyadan yadigar.Bir pişik də oturmuşdu rəngi bozarmış skamyada yarıyuxulu.Bomj tüpürürdü dünyanı axşam yediyidadsız kaşadan..Pişik xumarlanaraq qarğaya baxıbzövq alırdı bu tamaşadan,düşünürdü görəsən bu dünyanın teatrı hara qədər gedəcək..Külək azca güc gəldi qarğaya,Çörəyi dığırlayıb apardı onun caynağından..Qarğa hiddətlə qarıldadı: -Vətən əldən gedir!Can atdı uçmağa, çörəyin dalınca,amma çifayda.Çünki qanadlarının birindən qadağa möhürü,o birindən əfv siyahısı asılmışdı. Elə həmin an skamyadakıpişik yuxusunu ovxalayıb dedi:Şair,çörəyin də, qarğanın da başını buraxmənə bir siqaret ver..Onsuz da bu şəhərdə hamımızyarımçıq zavod çörəyi kimi dişlənib atılmışıq.

Published online