Poem · Azərbaycan
səhər lap tezdən idi,
səhər lap tezdən idi, sökülürdü ağca dan.. min cür ətir gəlirdi həyətdəki bağçadan. bir halda ki,yuxudan məndən qabaq durmuşdun. deməli çiçəklərə o ətri sən vurmuşdun. elə bildim qəfildən on səkkiz yaşındayıq.. bir dağın ətəyində,bir bulaq başındayıq.. köhnə birotaqlı ev- adi daşdı,divardı.. aramızda hər şeyin başqa bir dadı vardı. axıb gedirdi elə, ürəyim su idimi.. desəydin inanardım,gerçək eşq bu idimi.. gedərdim istəsəydim bir az da lap dərinə.. amma dözməzdi ürək heç vaxt o qədərinə.. ruhumuzun tozunu, pasını hamamladıq. bir gecədə bir ömrü yaşayıb tamamladıq.. lalələrə qərq olan zəmi kimiydi könlüm.. sularda batıb-çıxan gəmi kimiydi könlüm.. -dedim çoxdandı nəsə sən tərəfdən hücum yox.. pıçıldadın: -yox daha,səninlə bundan belə savaşacaq gücüm yox... sonra pozdu sükutu balaca bir hışqırıq.. sonra gördüm sinəmdə ürəyim qırıq-qırıq.. öpdüm dodaqlarından kəsik-kəsik sözləri. öpdüm yağmurlarından buludlanmış gözləri.. dedim fikir eləmə hamı yaxşı deyil ki,mənimtək pislər də var.. toxda,azca gülümsə çünki bu hekayədə adama güvən verən çox yaxşı hisslər də var..
Published online
Source: https://ayazarabaci.com/writing/seher-lap-tezden-idi/