Poem · Azərbaycan
Riyazi qayda ilə əllinin-əlliyəyik,
Riyazi qayda ilə əllinin-əlliyəyik,Nə savab adamıyıq, nə də günah adamı.Çırpınırıq keçmişin xarabalıqlarında,Gah daşı andırırıq, gah da ki.. gah, adamı.
Əlində kim buraxdı məni bu qədər hirsin,Davamçısı nə çoxdu Tanrım, bu alçaq irsin?İstəyir milyon dəfə mələk cildinə girsin,Uzaqdan tanıyıram hər bir bədxah adamı.
Su içdim suya yazdım, mey içdim meyə yazdım,Kefim nə istədisə əlifdən-beyə yazdım,Bu günki canavarlar oxusun deyə yazdım,Elə mələdirlər ki, tutub, sabah adamı.
Bir günəş ki..gözlədik söndü gündüzümüzdən,Yazıb atdıq quyuya, xəbər yox düzümüzdən,Sevinci reklam üçün asmışıq üzümüzdən,Hamımız dərd adamı, hamımız ah adamı.
Nə səsimi uduram, nə sözümü yeyirəm,İllərdi eyni yolu ayağıma geyirəm,Elə belə sözdü də ortalığa deyirəm,İt günündə yaşatmaz yaxşı paçcah adamı.
Yola verər çətində hər işini rücuynan,Ölsək baxmaz birciyi gözlərinin ucuynan,Nə olsun ki doludu ölkə hacı- hücuynan,Gözümə tək-tük dəyir burda Allah adamı.
Published online
Source: https://ayazarabaci.com/writing/riyazi-qayda-ile-ellinin-elliyeyik/