All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Quru çörəyinə min şükür elə,

Ayaz Arabaçı

Quru çörəyinə min şükür elə, Özgənin yalını-aşını burax. Vaxtını boş yerə tələf eləmə, Eşitmə hər yetən naşını, burax.

Çox bilir hər halda çömçə qaşıqdan, Dinlə kövrələndə sazdan,aşıqdan, Zarıma göylərə dolanışıqdan, Pul kəsmir Allahın maşını,burax.

Nə olsun qeyrətin dirənir Huna, Sən kimsən-min yerdən süzülmüş cuna.. Bəsdi and içdiyin şəhid ruhuna, Burax, gözlərinin yaşını, burax.

Sıçra atını min,üzəngini öy, Öz "Yallı"n,öz "Misri"n,öz "Cəngi"ni öy Tankını, topunu,tüfəngini öy, Qızların gözünü-qaşını burax.

Ucuz Çin malıdı bu bər,bu bəzək, Yüz daşın haqqını danır bir kəsək, Gedib Qarabağı ala bilməsək, İlahi göylərdən daşını burax.

Yaxşı döyünməsə qəlbini yar,at.. Ayaz onu bil ki,haqdandı barat, Şerini könlünün nuruynan yarat, Saxta duyğuların başını burax..

Published online