Poem · Azərbaycan
Qulaq kəsilirəm yağanda yağış,
Qulaq kəsilirəm yağanda yağış, Qulaq kəsilirəm qopanda tufan.. Əlimdə yarımçıq işləri atıb, Qulaq kəsilirəm hər saat,hər an. Qəsdimə dayanır elə hey nəsə.. Düşür dayanmadan qulağım səsə, Məndə nə can qalır,nə də ki,ürək, Sənin əllərindi elə bilirəm, Qapımı hər dəfə döyəndə külək.. Çoxdan əllərinin həsrətindəyəm.. Çoxdan əllərinin həsrətindəyəm, Yorurmu yolları baxışların heç. Axı səndən sonra mənim gözümdən, Ayağı kəsilmir yağışların heç. Hanı gül əllərin mərhəm əllərin, Hanı hər yarama məlhəm əllərin. Qonsun əllərimə kəpənək kimi, Oxşayım aparım dodaqlarıma. Ərisin bir anda könlümün buzu. Su versin qurumuş budaqlarıma. Çoxdan əllərinin həsrətindəyəm. Gəzsin ürəyimin hər qarışında, Öpsün hər toxumu,hər dəni açsın. Mindir əllərini bir qaranquşa, Gəlib gözümdəki pərdəni açsın.. Çoxdan əllərinin həsrətindəyəm..
Published online
Source: https://ayazarabaci.com/writing/qulaq-kesilirem-yaganda-yagis/