Poem · Azərbaycan
Qoşulub küləklərə silkələdi ruhumu,
Qoşulub küləklərə silkələdi ruhumu, Kişnəməyə başladı yenə at pəncərələr.. İçəriyə günəşdən başqa heç nəyi almır, Mənim könlüm kimidi bu saat pəncərələr..
Tərk oluram get-gedə hər gün ayaqdan-qola, Yorulmuş bir ağrı var canımda sağdan-sola.. O qədər ki,baxıram çıxıb getdiyin yola, Verəcək baxışımdan bir gün çat,pəncərələr..
Ürəyim həsrətindən damar-damar didildi.. Gəldiyin neçə aydı,getdiyin neçə ildi.. Hələ də mat qalmışam necə gizlədə bildi. Qara pərdə dalında səni yad pəncərələr..
Qürub kəsir qarşımı hər açılan səhərdə... Çox acıdı boğulmaq hər gün eyni zəhərdə.. Ruhumu qərib-qərib dolaşdırar şəhərdə, Dörd divar arasından ikiqat pəncərələr..
O buludun dalında kim itirdi,kim itdi.. Hansı addımı atsan son ucunda limitdi.. Bir ovuc azadlığa dünya boyda ümiddi.. Bu pəncərə həyatlar,bu həyat pəncərələr..
Published online
Source: https://ayazarabaci.com/writing/qosulub-kuleklere-silkeledi-ruhumu/