All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qışı qoyub yazda yağır,

Ayaz Arabaçı

Qışı qoyub yazda yağır, Qar da bir şeyə yaramır. Şaxta vurub zay eləyir, Bar da bir şeyə yaramır.

Axşam hey ah, sabah hey,ah! Bu nə gündü, eyvah, eyvah, Əncir, üzüm, ama, heyva, Nar da bir şeyə yaramır.

Çöllər, düzlər lalələnir, Könlüm aytək halələnir, Kaman boş-boş nalələnir, Tar da bir şeyə yaramır

Gəl deyirsəm, demək, gəl, də.. Hələ güc var, qoca kəldə.. Boş qalanda cilov əldə, Var da bir şeyə yaramır.

Ocaq yoxsa, külü boş ver, Çox kövrəlmə, tülü boş ver, Gül demirəm, gülü boş ver, Xar da bir şeyə yaramır

Dolanıram gözü yaşlı, Neynim ey, mən, başı daşlı, Şəhla gözlü, qələm qaşlı, Yar da bir şeyə yaramır.

Published online