All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qeyrətini hər məqamda duyurdun,

Ayaz Arabaçı

Qeyrətini hər məqamda duyurdun, Cəbhələrdə qanı qanla yuyurdun, Bu torpağın, bu vətənin, bu yurdun, Dar günündə yaraq olan şəhidim.

Zəfərlərin başla-canla yazılmış, Uca namla, uca şanla yazılmış, Tariximə qızıl qanla yazılmış, Ən qiymətli varaq olan şəhidim.

Zərrə qədər qürurundan enməyən, Öz andından, öz sözündən dönməyən, Ürəyinin alovları sönməyən, Öləndə də çıraq olan şəhidim.

Qaşlarının arasından öpürəm, Tellərinin qarasından öpürəm, Ürəyinin yarasından öpürəm, Son nəfəsdə bayraq olan şəhidim.

Torpaq üçün, vətən üçün yox bazar, Bu dastanı sənin kimi kim yazar, Toy otağı ovuc boyda dar məzar, Toy libası torpaq olan şəhidim.

Heykəlləşdin vətənin bir daşında, Ömrün fidan, ömrün çiçək yaşında, Ərənliyin , kişiliyin başında, Qeyrət olan- papaq olan şəhidim.

Published online