Poem · Azərbaycan
Qədim bir çinarın
Qədim bir çinarın qoltuğuna sığınmış, Pəncərələrini saqqal basmış bir ev var. Bir az mənə yüyürəndə yıxılmış bir uşağı xatırladır. Bir az da intihar etmək istəyən bir qocanı.. Nə vaxtsa dəli bir külək burnundan tutsa çıxacaq canı.. Kəndin buraxma itləri axşamlar bu evin qapısında sümsünür. Ovulmuş kərpicləri günəşə gülümsünür.. Heç hiss etmirsən ki,bu ev unudulmuş bir viranədir.. Dvarlarına yağış sularının həkk elədiyi tablolar şairanədir..
Published online
Source: https://ayazarabaci.com/writing/qedim-bir-cinarin/