All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Qaranquşlar qanadına götürsün,

Ayaz Arabaçı

Qaranquşlar qanadına götürsün,Pənbə-pənbə buludları qucub gəl.Göylər səni ürəyimə ötürsün,Qatar yoxdu, maşın yoxdu,uçub, gəl..

Süd qoxulu qumral quzum, hardasan,Bir gün yaram, bir gün duzum, hardasan,Görünmürsən, dan ulduzum, hardasan,Hardasansa işığını saçıb gəl..

Göz yaşlarım yol gözləyir çəpiknən,Vermə mənə bu sevgini qəpiknən,Nə vaxt gəlsən ürəyimi təpiknən,Çəkinmədən qapı kimi açıb gəl..

Həyatdı də, o keçəndə bu keçmir,Lap çoxdandı göz yaşımdan qu keçmir,İnanmazsan boğazımdan su keçmir,Könlüm sənə, ruhum sənə acıb, gəl.

Mən bütövəm hər sözümdə, qayda bir,Min görüşə üstün gələr sayda, bir,Çox demirəm, heç olmasa ayda bir,Gəl də nolar, bircə dəfə qaçıb gəl..

Published online