Poem · Azərbaycan
Protokol şəklindədi,
Protokol şəklindədi, şəhidlərə,qazilərə sevgimiz. Dəmir yumruqladı könlümüzdəki istək. Heç kim olammaz biz tək. Qafqaz dağlarına söykənib durmuşuq, Ədəm bağlarına söykənib durmuşuq. Qəlbimizdə yuvaları ala qarğalar qurur. Ürəyimizin yerinə böyrəyimiz vurur. Hadisələr burulğanında batıb çıxırıq. Üzədururlar, şərləyirlər- Yatıb çıxırıq. Ən alçaq adamlara ən uca şeirlər tökülür tuncdan. Bir ucdan.. Ulduzlardan o yana getmək istəyir adam, Murdarların əlindən alıb şəhidləri, qaziləri. Mənə nə var ey.. Mən evi-eşiyi bulud olan adamam.. Əynimə geyinmişəm, küləyi, yağışı. Ölüm kimi yaşayıram yayı, həyat kimi yaşayıram qışı.
Published online
Source: https://ayazarabaci.com/writing/protokol-seklindedi/