Poem · Azərbaycan
Özümü bu həyatda,
Özümü bu həyatda, Hər cürə işə vurdum. Bağrımı tikə - tikə, Eləyib, şişə vurdum.
İlləri verdim yelə, Faydam olmadı elə, Fərhad olmasam belə, Min dağa tişə vurdum.
Hamıdan başıq, deyil, Görünən işıq deyil, Heç kim ağ qaşıq deyil, Hamını dişə vurdum.
Published online
Source: https://ayazarabaci.com/writing/ozumu-bu-heyatda/