Poem · Azərbaycan
"öylə sərxoş olsam ki,
"öylə sərxoş olsam ki, "bir də səni anmasam, bir də adın gələndə, alov-alov yanmasam.. dün gecə səhərəcən bu şərqini dinlədim. bir şüçə şərab içdim, qədəhlərdə inlədim. öpdüm dodaqlarından neçə qızıl badənin, itdim burulğanında o miskin ifadənin.. işlədikcə dərinə dərdin xəncər dişləri, söküldü qəlbimdəki yaranın tikişləri. öylə sərxoş olsam ki..oldum uşaqcasına, itirdim ağlımı tam. belə görsəydi məni küncə qoyardı atam. bəlkə də sənin üçün unutmaq gözəl hissdi.. amma mənimçün bu şey ölümdən daha pisdi. içimdəki budaqlar gündə min yol puçurlar, sənin pərvanələrin hansı şama uçurlar.. ağır-ağır hərlənir başımda hələ o səs. məni ayrılıq üzür, səni nə ağladır bəs.. şərabdımı,qandımı dağılıb hər tərəfə, it günündədi masam.. öylə sərxoş olsam ki,bir də heç ayılmasam..
Published online
Source: https://ayazarabaci.com/writing/oyle-serxos-olsam-ki/