Poem · Azərbaycan
Ötdü ilan dilləri qarmonçada.
Ötdü ilan dilləri qarmonçada. Açdı tikan, gül dediyim qonçada, Dünyadı də, ən bahalı xonçada, Daima bir şındırı-şərməni tutub..
Qollarının hər biri fil şaqqalı, Amma içi şər yuvanın çaqqalı, Döyüb aparır bir qoca ağsaqqalı, Sanki küçük metroda ərməni tutub..
Lənətə gəlsin.. və bütün haqları, Bir də pilus tutuquşu çax-çaxları.. Xalqı təpiklətdirən alçaqların, Gözləriini pul dağının çəni tutub..
Hər dəm asılqandadı ləbbadələr, Süfrədə qannan doludu badələr, Çox dərin arxivdədi bəyzadələr, Aləmi təlxək birinin şəni tutub..
Biz bu qürubxanədə təm-təkmişik.. Layiq olan sözlərə zər çəkmişik.. Torpağa minlərcə toxum əkmişik, Anca ki, alçaq toxumun dəni tutub..
Çox demirəm,hər günü bir qandayam, Gör necə də saili-rindandayam, Mən bütün ömrüm boyu zindandayam, Neyləyəcəklər ki, qədeş, məni tutub..
Published online
Source: https://ayazarabaci.com/writing/otdu-ilan-dilleri-qarmoncada/