All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Od yağır Kiyevin gecələrinə,

Ayaz Arabaçı

Od yağır Kiyevin gecələrinə, Od yağır Kiyevin küçələrinə. Od vurub sinəmi göynədir qəhər, Məhv olur, yox olur qədim bir şəhər.. Yox bir kəs bu qanlı oyunu poza. Məktəblər,bağçalar, xəstəxanalar, Məbədlər bir anda çevrilir toza. Götürüb əlinə cani bir hiddət, Qan dolu badəni çəkir başına. Qeyz ilə çırpınan qırmızı sellər, Hopur bir torpağın qan yaddaşına. Odlu raketlərin təpiklərində, Heç nə qalmayacaq sabaha bəlkə. Ölümə atılıb qəhrəman kimi. Şir kimi döyüşür bütöv bir ölkə. Hər yerə uzanıb o qanlı caynaq, Öndə-arxadadır, solda, sağdadır.. Hələ bir ucu da Qarabağdadır. Ürəyim sinəmi didir qəzəblə. Beş gündü yatmıram mən bu əsəblə.. Nəfəsi his iyi-pas iyi verən, Dəli bir "firon" un tutub cinləri. Güllələr Ukrayna səmalarında, Qanına bələyir göyərçinləri.

Published online