All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

O qədər ki,bəla gəldi üstümə,

Ayaz Arabaçı

O qədər ki,bəla gəldi üstümə, Addımımı day,nücumla qoyuram. Hər yaramaz sualına taleyin, Cavabımı,əks-hücumla qoyuram..

Hardan çıxdı bu tənliklər cəbrimə.. Qurban verdim min baharı səbrimə, Nədən qorxum,mən özümü qəbrimə, Gülə-gülə öz ovcumla qoyuram..

Yırğalasam yaddaşımı beşiknən.. Xatirələr şərab kimi..yeşiknən,. Yürümürəm özgəsinin "beş"iynən, Uğurumu öz "üç"ümlə qoyuram.

İstəyirsiz pişvazına nər kəsin, Adı-sanı nə olacaq kərkəsin.. Hesabını qabağına hər kəsin, Misra-misra ülgücümlə qoyuram.

Keçdi ömrün qaymaq çağı,bal çağı.. Arzuların matəmində çal-çağır.. Mən sözümü sifətinə alçağın, Qolaylayıb var gücümlə qoyuram..

Keçdik əldən,ələndikcə-ələ ki.. Bizi qoydu yaman günə lələ ki... Bu dünyanın var-yoxuna hələ ki... Allı-güllü iki cümlə qoyuram..

Published online