All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

O hər gün məktub yazır,

Ayaz Arabaçı

O hər gün məktub yazır,Əsgər sevgilisinə.Bilir cəbhə soyuqdu,Bəlkə canı isinə..Çalışır ki,batmasın,Boş yerə qüssələrə.Yazır hey,yorulmadan,"N" saylı hissələrə.Hər sətirdə qəlbinin,Ahu-zarı duyulur.Hətta vergülündə də,İntizarı duyulur.Gedib çatmır kağızlar,Yazdığı ünvanlara.O dözür içindəki,Amansız tufanlara.Ürəyində min ilin,Kədəri var,yası var.Bəlkə onu unudub,Bəlkə bir ayrısı var.Uçulur qəlbindəki,Ümid adlı heykəli,Bir yerdə qərar tutmur,Ağlına min şey gəlir.Gündən-günə saralıbSolur bəti-bənizi.Neçə gəmi batırıb,Ayrılığın dənizi.Şübhələr ayaq açır,Ürəyinə bir anda,Özünə yer tapammır,Oturanda-duranda.Oxuyur gecə-gündüzCəbhə xəbərlərini.Yeyir qəfil güllələr,Vətənin ərlərini.Yox o yəqin ki,azıb,Bəlkə də düşüb dara.Yoxsa cavab yazardı,Bu qədər məktublara.Bəlkə vermir döyüşlər,Bir an da ara,yazsın.Yazıq qız çaşıb qalıbMəktubu hara yazsın.Ən qızğın döyüşdə də,Yanımdasan yazardı.Nəfəs kimi,səs kimiCanımdasan yazardı.Nə oldu birdən-birəQərarımı dəyişdi.Əgər dəyişməyibsə,Bəs onda bu nə işdi.Qara-qara xəbərlər,Gəlir efirdən hədə.Dilim-ağzım qurusun,Əsir düşüb bəlkə də.Çalışır ki,batmasınBoş yerə qüssələrəYazır hey yorulmadan"N"saylı hissələrə.Anası gündən-günəSolan gülünə baxır.Çayına-çörəyinə,Acı gözyaşı axır.Zamanın ağır yüküŞəllənir kürəyinəMin yerdən dağ çəkilirAnanın ürəyinə.Solur ciyərparası,Ömrün fidan çağında.Sönür Zöhrə ulduzu,Gözünün qabağında.Gündən-günə əriyir-Əriyir bir şam kimi.Günəş üzü get-gedəQaralır axşam kimi.Onun yaşıdlarınınÇoxusu gəlin köçüb.Qızının gözlərininYuxusu gəlin köçüb.Ayrılıqda,fəraqda,Ötən ömür heçsə də,O qız yenə gözləyir,İllər ötüb keçsə də.O hələ də itirmir,Eşqinə inamını.Əzizdən-əziz tutur,İlk sevginin namını.Gözləyir ölübsə də.Cəbhədən nəşi gəlsin.Ölüm donunda belə,Həyat günəşi gəlsin.Lap quruca məzarı,Olsa belə bəsidir.Onun qəbir daşı daHəyat vəsiləsidir.Qaçıb məzar axtarır-Qəbir gəzir bəzəsin!Yeri-göyü yandıranBu fəryadın-bu səsin,Külünü səpələyirKülək cəbhələr boyu.Güllə yağışı altdaBaşlanır bir qız toyu.Yolunu gözlədiyiİgid-ərnən oynayır..Gəlinlik paltarındaMərmilərnən oynayır.

Published online