All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

O gözəl gözlərini süz yenə gəl,hərdən gəl,

Ayaz Arabaçı

O gözəl gözlərini süz yenə gəl,hərdən gəl, Gəl mənim ömrümə,çıx,nurlu şəfəqlərdən,gəl.

Bu yanan könlümə dağlardan əsən meh kimi gəl, Oynadım əllərini kəhrəba təsbeh kimi gəl.

Bələnibdir saçıma həsrətin ağ çalma kimi, Bölünübdür ürəyim min yerə bir alma kimi.

Bilmirəm hardasan heç,getdiyin annan çıx gəl, Bədənin qalsın,özün,ruh kimi cannan çıx gəl.

Hələ bir gör nə qədər qarşıda xoş işlər var, Gülü burnunda gözəl,incə nəvazişlər var.

Gəl,fidan duyğuların qətlinə fərman vermə, Bir qəmin ağrısına bir qəmi dərman vermə.

Çəkilibdir yerinə sözlərimin əl-ayağı, Gəl dola saçlarını boynuma zəncirsayağı.

Gəl bahar nəşəli çılğın dəli bir rəngə boy at, O gözəl günləri bir kəs daha könlümdə oyat..

Gəl ki,eşqinlə keçilməz dərələr-dağlar aşım, Bilirəm gəlməyəcəksən,ama,sən gəl ki,çaşım..

Published online