Poem · Azərbaycan
Nəynən ovunduraq.nəynən aldadaq,
Nəynən ovunduraq.nəynən aldadaq,Bu qədər gözləri nalanı görən.Qoyan olacaqmı qara günlərə,Bizi bu dərdlərə salanı görən.
İşlədi canına min cürə illət,Hər günü zülümdü,hər günü zillət,Nə adnan salacaq tarixə millət,Soyğunu,qarəti,talanı görən.
Biri var it yeməz bircə lasından..Tutub sürüyəsən arsalasından,Bir ev var yekədi Qız qalasından,Kim tikib o boyda qalanı görən.
Düşübdü belinə yalan yük sənin,Axır,gətirəcək dilin tük,sənin,Özün dözərsənmi ay düdük,sənin,Bir gün ac qoysalar balanı görən.
Gözəldir dedilər toz,anqırdılar..Elə boz dedilər,boz anqırdılar,Necə danışırlar dozanqurdular,Qos-qoca millətə yalanı görən..
Cırıqdı qoy olsun yamama,xala,Aparma bu dərdi hamama,xala..On uşaq anası Şamama xala,Doldura biildimi planı görən..
Hanı bəs hardadı şimşək olanlar..Bir gün olmalıydı bişəkk, olanlar..Dədəsi-babası eşşək olanlar,Niyə unutdular palanı,görən..
Published online
Source: https://ayazarabaci.com/writing/neynen-ovunduraq-neynen-aldadaq/