Poem · Azərbaycan
Nənəm nəhrə asardı-
Nənəm nəhrə asardı- Çalxan-çalxan, yağ olsun.. Mərcan camış, boldu yağ, Görüm üzün ağ olsun..
Hamı dərdə yöndü ki, O nur bir gün söndü ki.. Nənəm daşa döndü ki, Sinəmizdə dağ olsun..
Kim dedi, niyə dedi, Nə sözün varsa de, di.. Camışı qurdlar yedi, Tanrım canın sağ olsun..
Published online
Source: https://ayazarabaci.com/writing/nenem-nehre-asardi/