All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

nəfəsim

Ayaz Arabaçı

nəfəsim təzəcə başlamışdı tükənməyə, bir qərib durna gəldi yaralı köksümə söykənməyə. otlar payızın çiynində saçların kimi sünbüllənmişdi.. əllərin ovcumda küllənmişdi. yadındamı o yağış, yadındamı köpüklü gölməçələrdə yuxuya getmiş qayıqlar.. yadındamı yuyunub-daranmış, dumandan sıyrılan qayalıqlar.. mən bir qolu gödək köynəkdə, iliyimə qədər su.. vecimə olmayan xəstələnmək qorxusu. yadındamı bir fincan çay.. bir ovuc ay hamı tək, biz-iki.. damlalar gözmuncuğutək parlayırdı telində. uzun bir yolu boğmuşduq məhəbbət selində. mən səni yaxşı başa düşürəm. yatsan yuxuna da girməz necə. yadındamı, ürəyimizə nur çiləyən o "saqqalı ağarmış" gecə. qaldırma, qaldırma nə vaxt ki,enirəm dizə. şumla ürəyimi daha dərindən. itim ilim-ilim xatirələrindən. heç cür ovundura bilməyim özümü, üşüyəndə əllərini ciblərimdən tapmayım. mən silaha sarılmışam, həsrət adlı silaha.. içimdə qar başlayıb daha...

Published online