Poem · Azərbaycan
Necə tikdim-ucaltdım,
Necə tikdim-ucaltdım, Daş bilmir, qala bilmir.. Özümü öldürürəm, Bilmir ey, bala,bilmir..
Boş sözlərə qarnım tox, Tanrıya da ümid yox, Olmuşam o qədər çox, Dərdə mübtəla, bilmir..
Göndər gedim edama, Nə tutmusan dam-dama.. Ürəyim hər adama, "Heyratı"çala bilmir..
On kərə qurul,dağıl, Başa gəlmir ki, ağıl.. Yuxumuza min nağıl, Bir alma sala bilmir..
Əlində əmud, nizə, Endirib tamam dizə, Tanrım, bu həyat bizə, Nə verib ala bilmir...
Published online
Source: https://ayazarabaci.com/writing/nece-tikdim-ucaltdim/