Poem · Azərbaycan
Nə söz tapım səndəki bu,
Nə söz tapım səndəki bu,Qamətə-boya, bilmirəm.Önümdə bir sual durub,Bilirəm və ya, bilmirəm.
Bu nə düzən, bu nə çəki,Yaxdı məni alov təki,Hazırsanmı qəlbimdəki,Düyünə-toya?Bilmirəm.
Könlüm dərdin təbilidi,Caizdisə təbiridi,Hər bir sözüm təbiidi,Bər- bəzək, boya bilmirəm.
Kəs yolunu sislərimin,Bədlərimin, pislərimin,Sənə olan hisslərimin,Adını qoya bilmirəm.
Səbr ola ki, adam dözə,Ürək zalım baxmır sözə,Bir çarə qıl mən acgözə,Mən səndən doya bilmirəm.
Published online
Source: https://ayazarabaci.com/writing/ne-soz-tapim-sendeki-bu/