All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Nə qədər axtardımsa tarix kitablarını,

Ayaz Arabaçı

Nə qədər axtardımsa tarix kitablarını,Qansız bir tac tapmadım, qansız bir taxt tapmadım.Sonra axşama kimi şəhəri dörd dolandım,Dişə vurmaqdan ötrü bircə xoşbaxt tapmadım.

Qulaq verib içimdən qopan doğma bir səsə,Endim 28-dən üzü dənizə kəsə,Köhnəlik tərəfdarı deyiləm amma, nəsə,Yoxuydu o sevdiyim gözəl paytaxt, tapmadım.

Kimi əzizlədimsə köpək dişləri çıxdı,Məmləkətə yadlardan min-min müştəri çıxdı, .Mənə bütün limiti tükənmişləri çıxdı,Ətəyindən tutmağa fərli bir baxt tapmadım.

Bir-iki naşı usta Vətəni çamurladı,Zaman min-min arzumun ağzını xamırladı,Nisyə dəftərlərində adım hey mamırladı,İynədən-sapdan belə, heç nəyi nağd tapmadım

Dana kimi yaladım qanını bıçaqların,Eşələndim külündə soyumuş ocaqların,Hər sudan quru çıxan sümürgən alçaqların,Qabağına qoymağa bir dənə fakt tapmadım.

İstəyir indən belə min il də belə soysun,Acgöz hər vaxt acgözdü, çətin, gözləri doysun,Üç adam olmadı ki, sözü bir yerə qoysun,Çox-çox nadürüstləri silməyə akt tapmadım.

Qarışqa məqsədimə dəvə-dəvə yüyürdüm,Dedim bəlkə Tanrıdı, görə, sevə yüyürdüm..Evdən işə yüyürdüm işdən evə yüyürdüm,Bu ömrü yaşamağa bir damcı vaxt tapmadım.

Published online