Poem · Azərbaycan
Müəlliməyə məktub...
İkicə dəqiqə tutduq əl-ələ, Görüş planımız əlüstü idi. İstisi əlimdən getməyib hələ, Qartək əlləriniz nə isti idi..
Əridik içində duyğunun, hissin, Bir ülfət yarandı mükaliməsiz. Özümü şagirdtək hiss etdiyimçin, Təxmin elədim ki, müəlliməsiz.
Adamın ağlını başından alan, Gözəl gülüşünüz könül açırdı. Sarı koftanızın yaşıla çalan, İri düymələri işıq saçırdı.
Fikrimi sordunuz arada mənim, Dedim haqqınızda gözəldi rəyim. Bircə an içində bir müəllmənin, Yazı taxtasına döndü ürəyim.
Gedərsiz, gözümə həsrət ağ salar, Bir ömür yolunu tərsə gedərəm.. Sizin adınıza məktəb açsalar, Təzədən on il də dərsə gedərəm..
Published online
Source: https://ayazarabaci.com/writing/muellimeye-mektub/