All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mənzilə çatmağa iki atım var,

Ayaz Arabaçı

Mənzilə çatmağa iki atım var, Bəlkə o çatdırar, bu çatdırammaz. Etibar elə bir əmanətdi ki, Hər mənəm deyənlər, "hu" çatdırammaz.

Baxmayın qanadlı yazılarıma, Bir gün ağlamadım quzularıma, Məni yetim qalmış arzularıma, İşıq sürətiynən "Tu" çatırammaz.

Min dəfə böyükdü qarışqa, fildən, Gör nə sözlər çıxır, gör bu səfildən.. Elə ulayaram durub qəfildən, Canavar sürüsü "u" çatdırammaz.

Doğuldum, böyüdüm qopuz səsiynən, Anamın dizində gül nəfəsiynən, Ölüm ayağında son nəğməsiynən, Ağrımı Tanrıya qu çatırammaz..

Yoxdu bir istəyim, yox, bu tən üçün, Könül süfrə deyil hər yetən üçün, Mən elə ölərəm bu vətən üçün, Çaylar ağlamağa su çatdırammaz.

Published online