All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mənə yazdığın bəxt də,

Ayaz Arabaçı

Mənə yazdığın bəxt də, Tale də qoy kür olsun. Sən bilən məsləhətdi, Sənə min şükür olsun, Bacardıqca nəfsimi, Verdim daim rəndəyə. Mən Sənə tapınmışam, Nəinki bir bəndəyə. Səni sevdim və tapdım, Sevdanın min rəngini. Sənə malik olandı, Dünyanın ən zəngini. Qovuşdum sevincimə, Dərdimi quca-quca. Nə var adından böyük, Nə var adından uca? Çatsa da hər bir yana, Haqsızlığın əlləri, Səninlə qorxuduram, Bütün pis əməlləri. Bu ömür qəfəsdisə, Qəfəsə minnətdaram. Udum-udum verdiyin, Nəfəsə minnətdaram. Ləkə yoxdu bilirəm, Könül adlı şüşəndə. Təkcə sənə yalvarır, Hamı dara düşəndə. Qəzəbimi,hirsimi, Səbrimlə ram edirəm. Bütün yarımçıqları, Səninlə tam edirəm. Sənin iznin olmayan, İşmi,hərəkətmi var, Adın heç anılmayan evdə, Bərəkətmi var? Kədərin də,qəmin də, Mənə məhəbbətindi. Adam hər şeysiz olar, Sənsiz olmaq çətindi.

Published online