All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Məndən tutub durubsan,

Ayaz Arabaçı

Məndən tutub durubsan, Nə sirrim-nə faşım var.. Ayaz təkcə mənəmmi, Min dənə adaşım var.

İşim yox ki,daldada, Hərə bir yol aldada, Ən çıxılmaz halda da, Çatılmayan qaşım var.

Ömür qatma-qarışıq, Bədən evdi,can işıq, Deyirsən ki,tanışıq, Nə axmaq yaddaşım var..

İçi boşdu vədlərin, Sərhədlərin-sədlərin.. İçdiyim şərbətlərin, Qanında göz yaşım var..

Dərd sevincnən kirvədi, Eşq ən uca zirvədi.. Mən verdiyim hər vədin, Kötüyündə başım var..

Published online