All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mən səni çox sevirəm,

Ayaz Arabaçı

Mən səni çox sevirəm, Sevirəm inanırsan. Elə ona görə də, Belə gözəl yanırsan. Mən səni çox sevirəm, Heç nə səni sıxmasın. Mən səni çox sevirəm, Lap çox,ucuz çıxmasın... Olur hərdən arada, Yaranı qanatmağım, Təzədən dizin-dizin, Sürünüb can atmağım. Ayrılıq qovuşmağa, Ən gözəl bəhanədi. Bizdə küsüb-barışmaq, Resepti şəhanədi. Hər gün olmaz,bilirsən, Ehtişam-istəyirsən. Yaddan çıxır nələrsə.. Məni tam istəyirsən. Axı təhlükəlidi, Daim hissə qapılmaq! Bir ayrı ləzzət verir, İtib-itib tapılmaq. Bilirsənmi sən hərdən, Tam-başqa cür olursan. Yəni bir az,nə bilim, Bam-başqa cür olursan. Yandıra bilmək nədi- Var gücünlə yanasan. Can desəm yox,inanma, Candan da o yanasan. Vaxt tapanda qaçırıq, Hərəmiz bir qəfəsdən. Və ibarət oluruq- Bir candan,bir nəfəsdən.. Bizi nə bağlayır ki, Real qiyməti olan. Bizdə yalnız sevgidir, Yağı və əti olan. Edə bilmir ifadə- Bilmir, sevinci, sözlər. Sənə görə tapılır, Bu qədər inci sözlər. Nə vaxt canım sıxılıb, O dəmdə səsin gəlib. Sonra şəkər gülüşün, Odlu nəfəsin gəlib. Dərd adamı yun kimi, Didim-didim didəndi. Adi oyunçularıq, Əsər ilahidəndi. Bizə bu eşqin üstə, Əsmək və əsmək qalır. Bir də yaman dilləri , Kökündən kəsmək qalır. Aşmağa sevdamızın , Qarlı dağları durur. Ölməsək,yaşayarıq, Gözəl çağları durur.

Published online