Poem · Azərbaycan
Mən sənə
Mən sənə qatarlarda rast gəlmədim, Rast gəlmədm getdiyim uzaq şəhərlərdə. Amma vardın içimdəki boşluğu dolduran ümid dolu səhərlərdə. Hardasa əlim çatmayan ən yuxarı qatlarda vardın. Başıma gələn bütün əhvalatlarda vardın. Vardın Clovlaya bilmədiyim ayaqlarımın sızıltısında. Vardın qızıl şəfəqlərin ovcunda, gümüş ilğımların mızıltısında. Səndən ayrılıb getmək olmurdu, getmək olmurdu şəklin düşən pəncərələrdən. rəsmin düşən sulardan... Ayılmaq olmurdu bir külək kimi gəlib keçdiyin yuxulardan. Hər şey köhnəlirdi sən təzə qalırdın, xatirələrimin qürubunda köçəri durnatək qanad çalırdın.. Hər bahar yağışlar çəmənlikləri təmir eləyirdi, hər çiçəkdən boylanırdın.. buludlarla döyüşdən yorulmuş günəş kimi yanırdın. Vardın,daşqınlarda,yanğınlarda,vəlvələlərdə, Vardın xam xəyallarımın aynasında, İçimdəki on ballıq zəlzələlərdə...
Published online
Source: https://ayazarabaci.com/writing/men-sene-362/