All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mən ömrü düz yola sürüklədikcə,

Ayaz Arabaçı

Mən ömrü düz yola sürüklədikcə, Qarşıma döngəsi-dalanı çıxdı. Arazlıq iş yoxdu,öz içimizdən, Ortaya ayrılıq salanı çıxdı..

O dəli şimşəklər qəfil çaxdılar, Bu bığlı kişilər oyuncaqdılar.. Aparıb muzeyə qoyacaqdılar, Eh,bu düdüyün də çalanı çıxdı..

Bir gün tufan qopdu,qar-qış başladı, Təslim timsalında barış başladı, Bir murdar,bir iyrənc yarış başladı, Ölkədə hər şeyin talanı çıxdı..

Sözüylə əməli bir kimiydilər, Üzdə tülkülər də şir kimiydilər.. Zahirən adamlar pir kimiydilər, Sonra hamısının yalanı çıxdı.

Dəysin başlarına dədəlikləri, Kim açdı yel çəkən bu dəlikləri, Çoxaldı şeytanın öhdəlikləri, Aradan Allahın planı çıxdı..

Gördüm çoxlarının döşəkliyini.. İtirdi qarşımda şəkk-şəkliyini.. Eşşək gizlətmişdi eşşəkliyini, Amma ki,arxivdən palanı çıxdı..

Published online