Poem · Azərbaycan
Mən belə həsrətlə, hicranla dolu,
Mən belə həsrətlə, hicranla dolu, Bol ay olmasını istəməmişdim. Yolların bu qədər labirint, yoxuş, Dolay olmasını istəməmişdim.
Əl olsun, əl əltda ətək demişdim, Dilində bal dolu pətək demişdim.. Oynasaq oynayaq tək-tək demişdim, Halay olmasını istəməmişdim.
Çiçəkli-böcəkli döşündə sancaq, Dönərmi, dönməzmi bir də ötən çağ, Mis kimi olması şərt idi, ancaq, Qalay olmasını istəməmişdim.
Saatlı bombaydın, bombalı saat, Mesaj qutusuna beş-altı ah, at.. Mən özüm həyatda heç nəyin rahat, Kolay olmasını istəməmişdim..
On iki olardı saat radəcə, Könlüm boşalmışdı büllur badəcə Mən çıxıb getmişdim onda, sadəcə, Olay olmasını istəməmişdim.
Published online
Source: https://ayazarabaci.com/writing/men-bele-hesretle-hicranla-dolu/