All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Məhəbbət yaşa baxmır..

Ayaz Arabaçı

Məhəbbət yaşa baxmır.. Guya nəyə baxır ki, durub, yaşa da baxsın, O suyu qurumayan bir bulaqdı ki axsın. Axsın,axsın, ağzını susuz bir balıq kimi quruda açanlara.. Bir sözə, bir nəfəsə qurd kimi acanlara.. Sıfırlanır əlli, yüz, gülümsünür an kimi.. Elə ki,baş qaldırır bir qızıl ilan kimi.. Bir kiçik hekayədən romanacan yürüyür, Kimi gəldi çökdürür,kimi gəldi gəldi sürüyür.. Öz gözündə kiçilir fil olanın filliyi.. Yuyulur, təmizlənir ürəyin zibilliyi.. Məhəbbət yaşa baxmır, hamı kor kimi olur.. Sinəsində hərarət yanar qor kimi olur. O gəlir nizamında olanı dağıtmağa, O gəlir can almağa, gəlir qan axıtmağa. İçində qaynaşmağa başladıqca arılar, Şirələnir budaqlar, yaşıllaşır sarılar.. Eşqin sevgi xəncəri bir hovur qına gəlmir.. Sonra nə olacağı qəti ağlına gəlmir.. Gəlir, qara taleyin, ağ yerindən oynasın, Yaşı yetmişi ötmüş dağ, yerindən oynasın... Zərə qumaşa baxmır, Kəsəyə,daşa baxmır, saqqala-başa baxmır.. Baxmır ey, haşa,baxmır.. "Məhəbbət yaşa baxmır"...

Published online