Poem · Azərbaycan
Küləklər qapımda namə gözləyir,
Küləklər qapımda namə gözləyir, İlahi,nə yazım sənə bilmirəm. Elə yandırıb ki,məni bu həyat, Elə yandırıb ki,sönə bilmirəm.
Köhnə bir şəkildə bir qıza baxdım, Kövrəlib uzanan yol boyu axdım, Siqara üstündən siqara yaxdım, Bu axşam nə olub mənə bilmirəm..
Çatmadı sahilə qovduğum bərə, Bir yuxu görmüşdüm,yozdular şərə, Tüstüsü göz tökən xatirələrə, Bir daha qorxumdan dönə bilmirəm.
Gözlərin telefon nömrəmi yığdı, Dünya alma kimi ovcuma sığdı.. Aşağı saqqaldı,yuxarı bığdı, Dinmək istəyirəm dinə bilmirəm..
Published online
Source: https://ayazarabaci.com/writing/kulekler-qapimda-name-gozleyir/