Poem · Azərbaycan
küçədə
küçədə küləyin gətirdiyi xörək qoxusuna dodağını yalayan o uşaq günlərini gəlib-gedənlərin qəpik-quruşuna xərcləyir.. ayaqlarından asılmış yorğunluğu, gözlərindən asılmış yuxunu görmür heç kim. o qədər üzgün ki addımlarının səsi.. o qədər zəif ki, nəfəsi.. ən çox da burdan keçir daş qəlbli adamların dəmir-beton hissəsi.. günün altında oturmaqdan qapqara kömür kimidi. dünyanın ən güclü qəhqəhəsi aça bilməz dodaqlarındakı kilidi. tükləri tökülmüş qoca bir it çəkilmir həndəvərindən. ən qiymətli kolye çıxar, xanımlara alnında muncuqlanmış tərindən. arzuları dəfn olub boğuq hıçqırıqların nəmli kölgəsində. "krallar" ölkəsində.. bir gün hökmən tikiş maşınına minib gələcək Tanrı, qəlbinin yaralarını tikməyə..
Published online
Source: https://ayazarabaci.com/writing/kucede/