All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Kriminal Ələsgər..

Ayaz Arabaçı

Əlini yellədərdi,bulanıq-boz həyata,Nə boş yerə vurnuxar,nə də bir tələsərdi.Dəxli-zadı yoxuydu,şerə- ədəbiyyata,Amma ki,üstümüzdə uşaq kimi əsərdi.Yetirərdi özünü çətinə düşsək əgər,Ortaboy,qarayanız,kriminal Ələsgər..

Kimə gəldi bölərdi əlindəki çörəyi,Siqaret piləyərdi bütün günü fıshafıs.Şeir yazanda baxıb üzülərdi ürəyi,Deyərdi ki,o nədi uc-uca yazırsınız.Yaxasına düşərdi üz-gözündən axan tər,Ortaboy,qarayanız,kriminal Ələsgər.

Dik tutardı daima yekə,əyri burnunu,Qıvrılıb açılardı hərdən ilansayağı.Adam ləzzət alardı danışdıranda onu,Bircə Antarktidaya dəyməmişdi ayağı.Anası hacı Zeynəb,atası hacı Əsgər..Ortaboy,qarayanız,kriminal Ələsgər...

Sanki düşünmürdü o,heç zaman,heç nə haqda,Qəribə bir tipiydi nəşə içində kədər.Kirayədə qalırdıq ona qonşu otaqda,Bizdən pul götürmədi ordan çıxana qədər..Bir az kefi yuxarı,bir az yerişi ləngər..Ortaboy,qarayanız,kriminal Ələsgər..

Qədeş nə qulluq deyib,gülərdi görüşəndə,Çox bahalı saatlar,bilərziklər satardı.Düt deyincə içərdi əlinə pul düşəndə,Sonra da harda gəldi şellənərdi,yatardı.Sifət solğun,üz batıq,çənə əyri və səs gər..Ortaboy,qarayanız,kriminal Ələsgər..

Yan qaçardı mənası olmayan söhbətlərdən,Xoşuna gəlməyəndə dilini əzdirərdi..Bizə də göstərərdi,alıb baxardıq hərdən,Dünyanın düz vaxtında pistolet gəzdirərdi,Apara bilməmişdi hökumət onu əsgər..Ortaboy,qarayanız,kriminal Ələsgər..

Elə yovuşardı ki,bircə anda adama..Söz atıb məzələnmək ən gözəl işi idi.Gəlib düşdü bu axşam çay içəndə yadıma,Allah rəhmət eləsin maraqlı kişi idi..Üzümə gülüş qonur yadıma düşəndə hər..Ortaboy,qarayanız,kriminal Ələsgər.

Published online