All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Könül, yazımmı ki, çox illər qabaq,

Ayaz Arabaçı

Könül, yazımmı ki, çox illər qabaq, Hansı ahlar oldu, amanlar oldu.. Oturdu şelləndi şər belimizdə, Qəddimiz əyilib kamanlar oldu. Qurtula bilmədik "bozbaş" ımızdan, Keçsək də min kərə öz başımızdan, Dənizlər yarandı göz yaşımızdan, Xilas yelkənimiz samanlar oldu. Qanımız qurudu lələyimizdə, Qocaldıq, qarıdıq bələyimizdə, Saymaqla qurtarmaz, taleyimizdə, Girdirmə allahlar, şamanlar oldu.. Dəlləklər, dəvələr, hamamlarıydı.. Hamanlar, hamanlar, hamanlarıydı.. Əvvəl də hər işdə yamanlarıydı, Elə sonralar da yamanlar oldu.. Tutdu gözümüzü tutdu pas, andır, Kim gəldi gördük ki, paçka basandır.. Söznən ərz eləmək bir az asandır, Gerçəkdən çox axmaq zamanlar oldu. Yaşaya bilmədim günləri baltək, Qızardı köz yeri sinəmdə xaltək, Könlümdən keçənlər qaldı xəyaltək, Amma ürəyimə damanlar, oldu..

Published online