Poem · Azərbaycan
Könlün aşılmayan Çin səddi deyil,
Könlün aşılmayan Çin səddi deyil, Mən bir yol taparam,çözüm taparam. Bu mənim səbrimin son həddi deyil, Nə qədər istəsən dözüm taparam.
Solsan,göz yaşımla sularam səni, Çöllərdə qurd kimi ularam səni, Ətrindən-qoxundan bularam səni, Çıxsa da,hər iki gözüm taparam.
Oldu qəbahətim,oldu nə kimi?.. Sümüyüm sızıldar iliynə kimi... Səni bu şəhərdə bir iynə kimi, Özüm itirmişəm,özüm taparam.
Published online
Source: https://ayazarabaci.com/writing/konlun-asilmayan-cin-seddi-deyil/