Poem · Azərbaycan
Könlümə baş qoyub elə yatıbsan,
Könlümə baş qoyub elə yatıbsan, Oyanmır damarın nə vaxtdı şerim. Elə bil min illik dərman atıbsan, Xəbərin yoxdu ki,sabahdı şerim.
Eşqini heç zaman uzaqda bulma, Səsini heç harda sıxma,boğulma, Həyata,sinəmdən ölü doğulma, Həyat nə amandı,nə ahdı şerim.
Dərdini taleyin üstünə atma, Gücsüzün haqqını güclüyə satma, Fürsəti buraxma,vaxtı uzatma, Laqeydlik özü də günahdı şerim..
Bir dəfə ürəkdi,min dəfə oxdu, Həsrətin həmişə əyarı çoxdu, Onsuz da həyatda heç biri yoxdu, Nə haqqı çağırma,nə baxtı şerim.
Başını dəyərsiz hər başa əymə, Harda yaşayırsan get yaşa,əymə, Ən yekə,ən qansız oğraşa əymə, Bu gün imtahandı,sınaqdı,şerim.
Bir dəfə ovçusan,bir dəfə də ovsan.. Bircə sən qovarsan ağrımı qovsan.. "TT"esən,"Makar"san,"Kalaşnikov"san, Sənin bir adın da silahdı,şerim.
Published online
Source: https://ayazarabaci.com/writing/konlume-bas-qoyub-ele-yatibsan/