All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Köhnəqalam,hələ məni demirsən,

Ayaz Arabaçı

Köhnəqalam,hələ məni demirsən,"Şup" da dəyir,"şap" da dəyir xətrimə.Dost-tanışın yava-yava sözləri,Nöş dəymir ki,lap da dəyir xətrimə.

Xatirələr dəyib-dəyib saralıb,Ağ günlərim doxsan faiz qaralıb,Bu aralar səbrim tamam daralıb,Söz də dəyir gap da dəyir xətrimə.

Aşammıram balaca bir gədiyi,Heçə çıxır haqq babanın dediyi,Yalaqların efirlərdə yediyi,Zəhər-zəqqum "hap" da dəyir xətrimə.

Sən yaxanı bu mövzudan çək,elə,İmam qoyma,seyid qoyma şəkk elə,Qurtarmır ki,iynə-biznən tək,elə,Hətta bəzən sap da dəyir xətrimə.

Düzəldərmi Tramp verən rəy bizi,Yaşatmadı arzu bizi,səy,bizi..Yedizdirir itlərinə bəy bizi,"Tut" da dəyir,"qap" da dəyir xətrimə.

Bürüyübdü qatı duman çən məni,Tanımadım aynada da mən,-məni..Xarabada rahat burax sən məni,Güvəndiyin YAP da dəyir xətrimə..

Published online