Poem · Azərbaycan
Kimə acı gəlib ki,məhəbbət ilk baxışdan,
Kimə acı gəlib ki,məhəbbət ilk baxışdan,Ən şirin xəyallara cumar da,uduzarsan..Bir şənbədə,bazarda,düşər xoş damarına,Ruhunu bir sərsəri tumarda uduzarsan..
Oxla-yayla silahlan,varsa avtomatlı ol,Bir yanını qaçaq qoy,hər məqamda atlı ol,Uşaq-zad ha deyilsən bir az ehtiyatlı ol,Özünü bu zəhərdə,bu marda uduzarsan..
Bilirəm qalıb hələ köhnə hava başında,Bir şeylər saxlayırsan evdən xəlvət maşında,Ən müdrik,ən ağıllı,ən sanballı yaşında,Qəlbini bir gözləri xumarda uduzarsan..
Gördün o hiss doğuldu boğ getsin beşiyində,Başın salamat olsun evində-eşiyində..Nə bilim ey nələrin dursan da keşiyində,Gözlərini bir anlıq yumar da uduzarsan..
Biz həmişə payızıq,onlar yaz doğulurlar,Gülüş,fərəh,təbəssüm,işvə-naz doğulurlar,Qızlar elə anadan qumarbaz doğulurlar..Sən bu sevda adlanan qumarda uduzarsan..
Published online
Source: https://ayazarabaci.com/writing/kime-aci-gelib-ki-mehebbet-ilk-baxisdan/