Poem · Azərbaycan
Kim məni bu uzun yollara saldı,
Kim məni bu uzun yollara saldı, Kim məni gətirdi bu aha kimi. Bu alçaq həyatla mübarizəyə, Sarıldım qələmdən silaha kimi.
Cırıldı yelkəni xəyalların eyy, Dərman olmadı ki, əbəs yerə mey, Sirlidi nəşəmi artıran hər şey, Sirlidir şeytandan-Allaha kimi..
Hamıdan acizəm aşağı qatda, Piyada gəzdirdim könlümü atda, Durdum bir şıdırğı yağışın altda, Arındım sonuncu günaha kimi..
Zaman da fanidi, məkan da heçdi, Sonrası gülüncdü, əvvəli gecdi.. Bu gecə yuxumdan bir qatar keçdi, Yatmağa qoymadı sabaha kimi..
Bəlkə də nə bilim, yaxşı ki, görmür.. Almaza çevrilmir əlimdə kömür, Yalandı deyirlər- bahadı ömür, Ucuz görməmişəm bu baha kimi..
Published online
Source: https://ayazarabaci.com/writing/kim-meni-bu-uzun-yollara-saldi/