Poem · Azərbaycan
Kəndimizə şəhid gəlir dedilər...
Gün çıxmışdı havasına baharın,Yığışmışdıq xoş ətrinə naharın.Nərd atırdıq,sevincini dadmamış,Vəli kişi,sonuncu şeş- caharın..Kəndimizə şəhid gəlir dedilər..Tutu nənə ocaqdakı bir qazan,Təzə südü alovlara daşırdı.Dəli Zəhra peyda olub qəfildən,Qıyya çəkib hamımızı şaşırdı..Hardansa bir külək əsib atdöşü,Samovarı böyrüüstə aşırdı..Kəndmizə şəhid gəlir dedilər...Hirsimizdən bığımızı çeynədik,Qana qatdıq dodaq nədi-diş nədi..Başılovlu ora-bura döyükdük,Heç bilmədik tutduğumuz iş nədi.Havalanıb hörükdəki göy ürgə,Yola sarı dəli-dəli kişnədi..Sarı Həmid qəlyanını söndürüb,Dedi bala ömür ki,var heç nədi..Kəndimizə şəhid gəlir dedilər..Donub qaldıq yerimizdə eləcə,Nə hal qaldı,nə kef qaldı,nə şitdik..Az qaldı ki,ürəyimiz partlaya.Lap uzaqdan maşın səsi eşitdik..Bir tabut da əlidolu dönürdü,İçimizi sazaq kəsdi üşütdük..Fərhad əmi pul uzatdı oğluna,Ləngimə dur maqazinə -qaç "ağa"..Xumar xala gəlininə deyindi:Ağlamaqdan öldü axı o çağa..Veysəl "məllim"samovarı qaldırıb,Çırpı atdı öləziyən ocağa..Kəndimizə şəhid gəlir dedilər..Telli xala qapıdakı dirəyə,Qara ipək yaylığını bağladı.Divardakı telli sazı düşürüb,Həsən dayı sinəmizi dağladı.Uşaq-böyük bir-birinə qarışdı,Kim vardısa ucdantutma ağladı..Kəndmizə şəhid gəlir dedilər...
Published online
Source: https://ayazarabaci.com/writing/kendimize-sehid-gelir-dediler/