Poem · Azərbaycan
Keçid dövrüdü,çoxdan-
Keçid dövrüdü,çoxdan- Aza keçid dövrüdü.. Qışı yola salmışıq, Yaza keçid dövrüdü..
Uzaq düşmə modundan, Yapış sözün codundan, İndi birbaş odundan, Qaza keçid dövrüdü.
Xeyir tapmaz şər gələn, Cərgələn ey,cərgələn.. Başımıza hər gələn , Qəza keçid dövrüdü.
Ömür vidsiz-fasonsuz. Gözümüzdə su sonsuz, Çəkdiyimiz bu sonsuz, Cəza,keçid dövrüdü.
Qurmuşam sözdən qala, Vurmuram mıxa-nala, Yəni ki,pazdan bala, Paza keçid dövrüdü..
Published online
Source: https://ayazarabaci.com/writing/kecid-dovrudu-coxdan/