All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

İstixar etsəm oturub, nəhs gələr,

Ayaz Arabaçı

İstixar etsəm oturub, nəhs gələr, Çox çox uzaqlardan itən səs, gələr, Bircə nəzər zəlzələmə bəs gələr, Bir baxışa ruhumu sarsandasan.

Dözmür axı həsrətə heç fil, yazım, Məcburam ey, bir günə bir il yazım, Şəxsinizə başqa nə təhlil yazım, Cismimi tam odlara qarsandasan.

Qəlbə güvən yox daha, sarsaqlayır, Gəl də bir az, hər divarım laxlayır, Bəlkə də bir div quyuda saxlayır, Bəlkə başın dərddədi, darsandasan.

Mərsiyə yazdım, oxudum rok kimi, Sıfqarılıb çıxdı suyum sok kimi, Ləhliyirəm istidə buldok kimi, Sən, ola bilsin, quzu, "Narzan" dasan.

Olsa nə var yenməyə hər yağu, tək, İçmədəyəm həsrətini ağutək, Rəsmini cızdım varağa ahutək, Sən məni bənzətməyə Tarzandasan.

Ömrümün ən düz bilinən səhvisən, Qiyməti yaqut misalı səhmisən, Könlümü tox tutmağımın rəhnisən, Day, nə yazım, "yaxşı ki, varsan" dasan..

Published online