All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

İndi

Ayaz Arabaçı

İndi Güllələr Oyur-oyur oynasaydı, Qarabağda Yağıların sinəsində... Belə acizlik,qorxaqlıq olmazdı heç kimin səsində. İndi toz dumana qarışsaydı Cıdır düzündə. Belə mal kimi qalmazdıq, qeyrətimizin cındır düzündə.. Bu qıpıq gözlə,biz bu batıq səslə, Bu tıxanmış nəfəslə gülüş hədəfi olmazdıq bir ovuc erməniyə. İndi güllələr oyur-oyur oynasaydı Qarabağda, Paşinyanın alnına qanla it oğlu it yazsaydı. İradə yiyəsi özündə cəsarət tapıb "irəli" düyməsini bassaydı.. Torağaylar oxusaydı biçinçi nəğmələrini. Mən iyun günəşində Bakıda xlorlu çay içib xəcalətimdən tərləməzdim. Bir-birindən iyrənc televiziya kanallarına baxıb çərləməzdim.. Bəli,olsaydı bunlar gedib sevincimdən it kimi ulayardım bir çöllü-biyabanda. Bilərdim ki, ən azından şəhidlərim rahat uyuyur göz dağımıza çevrilmiş iki dənə xiyabanda. Olsaydı,olsaydı.. Necə olacaq bu işlərin sonu.. Bu qədər istidə açılmır qəlbimin donu. Gələcək nəsillər söyəcəklər- deyəcəklər: -Ey, lənət olsun sizə, Vətənin ağır günündə balbesin biri üçün sələmə girənlər.. Tüfəngi qoyub qələmə girənlər...

Published online